Onlayn :25 Bu gün : 437 Bu Ay : 15214 Bu İl : 66491 Cəmi : 1674197

<April 2024>
SuMoTuWeThFrSa
31123456
78910111213
14151617181920
21222324252627
2829301234
567891011


Şəkillər

Səhifələr

Sumqayıt S.Vurğun adına Mərkəzi kitabxana məncə təkcə kitabxana yox-şeir, sənət, ədəbi-bədii səhərciklər, gündüzlər, axşamlar və gecələr ocağıdır. Gənclərin və ümumən hamının mənən zərifləşdiyi yer olur belə sönməz ocaqlar - elm, ürfan, kəlam ocaqları.
Mirvari Dilbazi
Qabil


Bu görüş mənə çox gözəl təsir bağışladı, məni yazmağa, yaratmağa həvəsləndirdi. Sizin çox təmiz zövqlə bəzədilmiş kitabxananız, mütaliə dairəsi geniş oxucularınız, hazırlıqlı kitabxanaçılarınız, mahir rəssamınız məni çox sevindirdi. Svetlana müəllimə, sizə, sizin bütün oxucularınıza və iş yoldaşlarınıza xoşbəxtlik və sevinç arzu edirəm.
Xalidə Hasilova


S.Vurğun adına Sumqayıt Mərkəzi şəhər kitabxanasının bütün kollektivinə və oxucularına səadət, xöşbəxtlik və yaxşı kitabların ömrü qədər uzun ömür arzulayıram.
Seyfəddin Dağlı


Arzu edirəm ki, kitabxananızın bütün tədbirləri, bütün görüşləri belə ola həmişə.Kollektivinizin bütün üzvlərinin əllərini bərk-bərk sıxıram. Arzu edirəm ki, bu əllər gələcəkdə daha böyük işlər görsün.
Tofiq Mütəllimov


Böyük şairimiz S.Vurğunun adını daşıyan kitabxanaya gənc nəslin kamil və düşüncəli yetişməsi işində böyük uğurlar arzulayıram. Kitabxana bütün insanların mənəviyyat və təfəkkür xəzinəsidir. Bu xəzinənin daş-qaşları həmişə gözlərə işıq, ürəklərə ülvü, müqəddəs duyğular bəxş eləsin.
Tofiq Bayram


1983-cü il martın 30-da Sumqayıt şəhər Mərkəzi Kitabxanasında uşaq və gənclər kitab həftəsi münasibətilə keçirilən görüşdə məmnuniyyətlə iştirak etdik. Uşaqların bizə, ədəbiyyatımıza, kitablarımıza məhəbbətlərini ifadə etmələri mütaliəni sevmələri bizi məmnun etdi. Biz onlara, onlar bizə şeirlər oxudular. Maraqlı sual-cavablarımız oldu. Kitabxanadan xoş təəssuratla ayrıldıq.
Hikmət Ziya
Tofiq Mahmud Əşrəf Şəfiyev Məmməd Namaz Mir Sabir


Qüdrətli sənətkarımız S.Vurğunun 80 illik yubileyi günlərində Sumqayıt şəhər kitabxanasında görüşümüz bizə çox xoş təəssuratlar bağışladı. Eşq olsun ölməz sənətkara! Eşq olsun qədir bilən oxuculara! Eşq olsun əvəzsiz oğullar və qızlar yetişdirən Azərbaycan torpağına!
Ağacavad Əlizadə Əlibala Hacızadə Vaqif Arzumanov


S.Vurğun adına Mərkəzi Kitabxana haqqında çox eşitmişdim. Lakin görməmişdim. Məni Sumqayıta dəvət edəndə çox sevindim. Doğrusu atalar düz deyiblər ki, yüz eşitməkdənsə, bir yol görmək əfzəldir. Kitab həftəsinə gəlib çıxdım. Baba qəlbim kövrəldi. Balalarımızın təlim-tərbiyəsi üçün burda hər şərait var və oxucular gözəl, dolğun, bilikli müəllimlərlə əhatə olunublar. Adam özü bu müqəddəs kitabxanaya istəyir mütəmadi gəlsin. Mən Sumqayıt şəhər Partiya Komitəsindən və Mədəniyyət şöbəsindən xahiş edərdim ki, Mərkəzi kitabxananın iş təcrübəsini respublikamızın hər yerinə yaysın. Xüsusilə uşaq oxucuların bədii-musiqili çıxışlarına heyran qaldım.
Savalan baba.


Azərbaycanın böyük türk gözəli Svetlana xanımın başçılıq etdiyi S.Vurğun adına Sumqayıt kitabxanası əzəmətli idrak xəzinəsidir.
Xəlil Rza Ulutürk


Görkəmli sərkərdəmiz Pənah xanın talehindən bəhs edən “Xallı gürzə” romanının yüksək səviyyədə müzakirə etdiklərinə görə Mərkəzi şəhər kitabxanasının kollektivinə və onun müdirəsi Svetlana xanıma dərin minətdarlıq hisslərimi bildirirəm.Yüksək bəşəri hisslər əbədidir. Kollektivinizə xeyirxah işində əbədilik arzulayıram.
Mustafa Çəmənli


Ömrümüzün ən gözəl illərində, ən gözəl duyğularla bağlı olduğum Sumqayıtın mənəvi havası, gözəl ruhu bu kitabxanaya və onun gözəl əməkdaşlarına çox borcludur. Buradakı hər görüşümüzdən ürəyi dolu gedirik. Kaş kitablarımız da təbliğçilərinə layiq olsun. İşığınıza və əməyinizə görə sağ olun.
Minnətdarlıqla Sabir Rüstəmxanlı


Bazar iqtisadiyyatına keçid, maliyyə vəziyyətinin çətinliklərinə baxmayaraq kitabxana fondlarını müntəzəm olaraq komplektləşdirən, oxucuların təlabatını maksimum ödəməyə çalışan, müxtəlif mövzularda kitab sərgiləri təşkil edən, kütləvi tədbirlər keçirən Sumqayıt Mərkəzi kitabxananın əməkdaşları və onların işilə tanışlıqdan sonra qurur hissi keçirdim. Mən və həmkarlarım belə bir qənaətə gəldik ki, işləmək istəyən üçün nə maliyyə çətinliyi, nə oxucu qıtlığı, nə şəraitsizlik, nə də maaş azlığı maneə ola bilməz. Bu belə də olmalı idi. Axı sözün əsl mənasında öz işinin fədailəri hesab olunan Sumqayıt kitabxanaçıları hələ keçmiş SSRİ dövründə də həmişə yaxşıların yaxşısı sırasında olublar. Biz çox şadıq ki, bu ənənə indi də davam edir. Eyni zamanda mənim və həmkarlarımın ürəyindən belə bir arzu keçdi: Kaş respublikamızın başqa şəhər və rayonlarının kitabxanaları da Sumqayıt kitabxanaları kimi öz işlərinə məsuliyyətlə yanaşaydılar, heç olmasa onların bu çətin şəraitdə etdiklərinin 50%-ni edə bilsəydilər. Bəzi rayon kitabxanalarından iş soruşduqda yalnız maaşlarının az olmasından şikayətlənir, ancaq öz vəzifə borclarını yerinə yetirmirlər, çətinlikdən danışır, ancaq bu çətinlikləri aradan qaldırmaq üçün heç bir iş görmürlər. Sumqayıtda isə bunun əksini gördük. Bir daha şahidi olduq ki, öz peşəsinə ürəkdən bağlananları ancaq iş maraqlandırır. Sumqayıtlı həmkarlarımız! Sizinlə tanışlıqdan sonra sizinlə fəxr edirik, çalışacağıq ki, sizin iş təcrübənizi başqa kitabxanalar arasında yayaq. Sizə yeni-yeni uğurlar arzulayırıq!
M.F.Axundov adına Azərbaycan Dövlət kitabxanasının direktoru: L. Qafarova K. Tahirov, R. Muradova, T.Həsənova, S.Abbasova, X.İsmayılova, G.Quliyev


Sumqayıt Şəhər MKS-in işçilərinə can sağlığı, uzun ömür və uğurlar arzulayıram. Arzu edirəm tez-tez görüşək.
Xəlil İsmayılov


Əziz Svetlana xanım! Mərkəzləşdirilmiş Kitabxana Sisteminin yaradılması, təşəkkül tapması bilavasitə sizin adınızla bağlıdır. Əsgər vətənin keşiyində durduğu kimi siz də sözün, sənətin keşiyində dayanmalısız. Bunun üçün sağ olun!
Sizə sevgi və sayğılarla Ofelya Babayeva


Səməd Vurğun adına Mərkəzi kitabxanaya böyük uğurlar, Mərkəzin əməkdaşlarına uzun ömür arzulayıram.
Anar


S.Vurğun adına Mərkəzi Kitabxananın balaca oxucularına, uşaq ədəbiyyatına böyük məhəbbət arzulayıram. Çalışaram ki, onların arzu və ümüdlərini doğruldum.
Zahid Xəlil


S. Vurğun adına Sumqayıt şəhər kitabxanasının kollektivinə və direktor Yeganə xanıma. Çox sağ olun Yeganə xanım, çox şad oldum. Ürəyim açıldı, uşaq təmizliyi, qar təmizliyi hiss etdim burada, fəxr etdim, ürəyim qürur hissi ilə döyündü ki, xalqımın sizin kimi ləyaqətli qızı var. Sizin ədəbiyyata, uşağa münasibətinizdəki orjinallığa baxanda bir daha hiss etdim ki, mən hələ uşaqlarımız üçün heç nə etməmişəm. Sizə uğurlar arzulayıram!
Qəşəm Nəcəfzadə


Bu gün biz Mərkəzi Kitabxananın əsaslı təmirindən sonra istifadəyə verilməsində işrirak etdik. Çox məmnun qaldım. Mərkəzi kitabxananın böyük və zəngin təcrübəsi, gözəl ənənələri var. Mən arzu edirəm ki, bu ənənələr daha da zənginləşsin və kitabxananın əsas missiyası olan informasiyanın axtarılmasında, geniş oxucuların kitabxanalara cəlb edilməsində daha böyük işlər görsünlər....
Vaqif Əliyev


Sumqayıt şəhər Mərkəzi kitabxanasının işgüzar, mehriban, işinə bağlı kollektivi haqqında çox eşitmişdim. Amma təsadüf elə gətirmişdi ki, burada cəmi bir dəfə - zona müşavirəsi zamanı olmuşdum. Vaxt qısa olduğundan bu müəssisənin fəaliyyəti ilə yaxından tanış ola bilməmişdim. Xoşbəxtlikdən, bu gün istəyimə çatdım. Cəmi bir saat kifayət elədi ki, eşitdiklərimlə gördüklərimi müqayisə edim, fərqləndirim. Səmimi deyirəm: gördüklərim təsəvvür etdiyimdən daha gözəl, daha möhtəşəm, yaddaqalan oldu. İlk növbədə, əsaslı təmirdən sonra burada yaradılan səliqə-sahman, gözəl iş şəraitinə sevindim. İkincisi, kollektivdə hökm sürən xoş əhval-ruhiyyəyə, mehribançılığa fərəhləndim. Kollektivin Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Namiq Qaffarovun qayğı və diqqətinə qarşılıqsız qalmadığını, kitabxanaçıların məsuliyyətini artırmasını dönə-dönə təkrar etməsi MKS-in uğurlu gələcəyindən, şərəfli keçmişindən xəbər verir. Düşünürəm ki, hələ təkrar görüşümüz qabaqdadır. Uğurdan doğan sevinci bölüşmək üçün hələ Sumqayıta çox gələcəyəm. Hələlik isə Bakıya tələsirəm! Bu gün bu gözəl kollektivdən aldığım zəngin təəssüratı respublika oxucuları ilə paylaşmaq üçün!
Yaşar Vəliyev


Səməd Vurğun adına Sumqayıt şəhər Mərkəzi Kitabxanasının yenidən təmirdən çıxması, çeşidli kitablarının olması, personajlarının ədəbiyyat və yazıçılara diqqəti, qayğısı məni sevindirdi. Əyyub Qiyasla görüşün başqa yazıçılarımızın timsalında davamını arzulayıram.
Elçin Hüseynbəyli


S. Vurğun adına Mərkəzi Kitabxana mənim həyatımın mühüm bir hissəsidir. Mən bu kitabxananı, onun bütün işçilərini və oxucularını çox sevirəm! Yeni təmir – yeni ömür deməkdir! İnanıram ki, bu salondan həmişə oxucu və müəllif səsi gələcək!
Əyyub Qiyas


“Söz bayramı”nı yüksək səviyyədə təşkil etdiklərinə görə bu bayramda iştirak edən şairlər adından S. Vurğun adına Mərkəzi Kitabxananın bütün kollektivinə ürəkdə gələn “sağ olun” deyir və minnətdarlığımı bildirirəm.
Əvəz Mahmud Lələdağ


Anamın, övladlarımın və kitabların qoxusunu çox sevirəm. Siz mənə bunu xatırlatdınız.
Minnətdarlıqla keçmiş kitabxanaçı Səlim Babullaoğlu




Oxucuların nəzərinə

12/16/2013 11:40:06 PM

OXUCULARIN NƏZƏRİNƏ! KİTABXANA QAYDALARI 1. S. Vurğun adına Mərkəzi kitabxanaya 15 yaşından yuxarı şəxslər üzv ola bilər. 2. Kitabxanaya üzv olmaq üçün şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə təqdim olunmalıdır. 3. Sumqayıtın ali və ya orta ixtisas məktəblərində təhsil alan və şəhərdə qeydiyyatı olmayan tələbələr təhsil aldıqları müddətdə (müvafiq qaydalar əsasında) kitabxanadan istifadə edə bilərlər. 4. Qiraət zalından evə kitab verilmir. 5. Qiraət zalının xidmətindən şəhər qeydıyyatının olub-olmamasından asılı olmayaraq bütün şəxslər istifadə edə bilərlər. 6. Kitabxananın abonement şöbəsindən kitablar evə istifadə üçün bir ay müddətinə verilir. 10. Oxucu yaşayış və ya iş yerini, soyadını dəyişdikdə, bu barədə kitabxanaya məlumat verməyə borcludur. 11. Oxucu itirdiyi kitabın əvəzinə onun qiymətinin 10 misli həcmində cərimə ödəməlidir.


Elan
Döyünən ürəyimiz – Qarabağ
Vətənimizin hər bir qarış torpağı bizim üçün əzizdir. Qarabağ...Havası, suyu, təbiəti və gözəlliyi ilə hər kəsin zövqünü oxşayan, mənəvi olaraq bizi yaşadan məkan...Qarabağ bizim həm ürəyimizi dağlayan sağalmaz yara, həmdə bizim gələcəyə olan tək ümidimizdir. Mərkəzləşdirilmiş Kitabxana Sistemində işğal olunmuş rayonlarımızın təbliği ilə əlaqədar tədbirlər planı işlənib hazırlanmış və həyata keçirilir.