VİRTUAL SƏRGİ
   
Onlayn :1 Bu gün : 67 Bu Ay : 2176 Bu İl : 4539 Cəmi : 4563

<February 2012>
SuMoTuWeThFrSa
2930311234
567891011
12131415161718
19202122232425
26272829123
45678910


Şəkillər
Tədbirlərimiz
Məşhurlarımız Kitabxanada
Kitabxananın Tarixi

Səhifələr

Sumqayıt şəhər S. Vurğun adına Mərkəzi Kitabxanada 21 Fevral - Beynəlxalq Ana dili gününə həsr olunmuş “Anamız, dilimiz” adlı bədii qiraət müsabiqəsi keçirilmişdir. Müsabiqədə Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminə daxil olan kitabxana – filialların oxucuları iştirak etdi.
12 saylı uşaq kitabxanasında görkəmli yazıçı, publisist Vidadi Babanlının anadan olmasının 85 illiyi ilə əlaqədar “Müqəddəs ocaq” romanının müzakirəsi keçirildi.
Gənc nəslin, fidan balaların xidmətində duran, sinəsi şeir və hekayələrlə, nağıl və rəvayətlərlə dolu olan “Savalan” qəzetinin redaksiya heyəti ilə Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxanada 25 yanvar 2012-ci il saat 14 00-da görüş keçirildi.
20 yanvar bizim müsətqillik tariximizin başlanğıcıdır. 1988-ci ildən başlayan xalq hərəkatı məhz 1990-cı ilin 20 yanvar günü bir daha xalqın qanlı qəhrəmanlıq salnaməsinə çevrildi.
Oxucuların nəzərinə
2/10/2012
KİTABXANA QAYDALARI 1. S. Vurğun adına Mərkəzi kitabxanaya 15 yaşından yuxarı şəxslər üzv ola bilər. 2. Kitabxanaya üzv olmaq üçün şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə təqdim olunmalıdır. 3. Sumqayıtın ali və ya orta ixtisas məktəblərində təhsil alan və şəhərdə qeydiyyatı olmayan tələbələr təhsil aldıqları müddətdə (müvafiq qaydalar əsasında) kitabxanadan istifadə edə bilərlər. 4. Qiraət zalından evə kitab verilmir. 5. Qiraət zalının xidmətindən şəhər qeydıyyatının olub-olmamasından asılı olmayaraq bütün şəxslər istifadə edə bilərlər. 6. Kitabxananın abonement şöbəsindən kitablar evə istifadə üçün bir ay müddətinə verilir. 10. Oxucu yaşayış və ya iş yerini, soyadını dəyişdikdə, bu barədə kitabxanaya məlumat verməyə borcludur. 11. Oxucu itirdiyi kitabın əvəzinə onun qiymətinin 10 misli həcmində cərimə ödəməlidir. - OXUCULAR KİTABXANADAN İSTİFADƏ QAYDALARINA ƏMƏL ETMƏLİ; - KİTAB FONDUNA QAYĞI İLƏ YANAŞMALI; - ÇAP MƏHSULLARININ İTİRİLMƏSİNƏ VƏ YARARSIZ HALA SALINMASINA YOL VERMƏMƏLİDİRLƏR. Hörmətli oxucular: Saytımızda sizə məsafədən sifariş (virtual) xidməti təklif edilir. Kitabxananın üzvü olan hər bir oxucu bu bölməyə daxil olmaqla kitabxanaya gəlmədən, iş və ya yaşayış yerindən ayrılmadan abonement-mks@mail.ru və ya oxuzali-mks@mail.ru unvanına İNTERNET vasitəsilə kitab, jurnal və qəzet sifariş verə bilər. Mövzular üzrə sorğuları Metodika və biblioqrafiya şöbəsinin metodika-mks@mail.ru və ya Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin biblioqraf-mks@mail.ru ünvanına göndərə bilərsiniz. Kitabxanamızın fondunda olmayan ayrı-ayrı kitablardan (bədii ədəbiyyat istisna olmaqla) müəyyən hissənin, fəslin, dövri və ardı davam edən nəşrlərdə, elmi əsərlərdə, məcmuələrdə dərc olunmuş məqalələrin elektron versiyasının respublika kitabxanalarının fondundan sifarişi Mərkəzi kitabxananın İnformasiya-resurs şöbəsi operator-mks@mail.ru tərəfindən həyata keçirilir.

Elan
“Cəhənnəmdən gələn səs”
Xocalı faciəsinin 20 illiyi ilə baglı 23 fevral 2012-ci il saat 1500 -da Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxanada yazıçı Elxan Elatlının iştirakı ilə müəllifin “Cəhənnəmdən gələn səs” kitabının müzakirəsi keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər.

Press Reliz
Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxanada 21 Fevral – Ana dili günü ilə əlaqədar şeir müsabiqəsi keçiriləcək.
1/27/2012)
Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxanada 21 Fevral – Ana dili günü ilə əlaqədar şeir müsabiqəsi keçiriləcək. Müsabiqədə Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminə daxil olan kitabxana – filialların oxucuları iştirak edəcək. Müsabiqədə 10-30 yaş arası uşaq və gənclər iştirak edəcək. Müsabiqə 2 turdan ibarət olacaq. I tur 13 fevral 2012-ci il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxanada keçiriləcək. Bu turda seçilən oxucular 21 fevral 2012-ci il tarixində keçirilən yekun turunda iştirak edəcək. Müsabiqə iştirakçıları fəxri fərman və hədiyyələrlə mükafatlandırılacaq.

Sumqayıt 1988