SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Ucadan oxu
08.02.2017-ci il tarixində Mərkəzi uşaq kitabxanasında 12 saylı tam orta məktəbin 3C sinif şagirdlərinin iştirakı ilə "Bir kitabxana - bir yazıçı" layihəsi çərçivəsində uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Zahid Xəlilin yaradıcılığına həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova yazıçı, şair, pedaqoq, filologiya elmləri doktoru, professor, uşaqların sevimlisi Zahid Xəlilin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi və bildirdi ki, hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində “Uşaq Ədəbiyyatı” kafedrasının müdiri vəzifəsində çalışan Zahid Xəlil hələ də uşaqlar üçün yazıb-yaratmaqdadır. Zahid Xəlil çoxlu mənzum nağıl, poema, nəğmə mətnləri, yanıltmac və tapmacalar da yazmışdır. Kitabları Moskvada, Sloveniyada, Fransada, Almaniyada və başqa xarici ölkələrdə çap olunaraq yayılmışdır. Zahid Xəlilin bütün hekayələri özünün rəngarəngliyi ilə güclü bir yazıçı təxəllüyünün, fantaziyasının məhsulu olub, xeyir qüvvələri şərə qarşı qoyur. Sonra şairin heyvanlar haqqında yazılmış şeirləri səsləndi, "Qaraqulaq ağ küçük" nağılı əsasında kitabxana işçilərinin tərəfindən səhnələşdirilmiş kukla tamaşası nümayiş etdirildi. Səbinə Qasımova tədbir iştirakçılarına Zahid Xəlil yaradıcılığına həsr olunmuş “Uşaqların yaxın dostu – Zahid Xəlil ” adlı kitab sərgisi haqqında qısa xülasə verdi. Üçüncülərin Zahid Xəlilin nağıl və şeirlərinə həsr etdikləri illüstrasiyalar haqqında 12 saylı məktəbin müəlliməsi Sadıqova Gülnarə məlumat verdi və tədbirin təşkilinə görə kitabxana işçilərinə təşəkkürünü bildirdi.