SumgaitLibrary

+994 186520087


Dil milli sərvətdir

21.02.2017-ci il tarixində Sumqayıt şəhər Tağıyev qəsəbə kitabxanası Laçın rayon tam orta məktəbində Beynəlxalq Ana Dili günü ilə əlaqədar “Dil milli sərvətdir” adlı tədbir keçirdi. Tədbirdə məktəbin müəlliməsi Yeganə Nəsibova çıxış edərək bildirdi ki, Birləşmiş Millətlər Təşkilatının qərarı ilə 2000-ci ildən 21 Fevral bütün dünyada Beynəlxalq Ana dili günü kimi qeyd olunur. Tədbirdə şagirdlərin ifasında Sabir Rüstəmxanlının “Sağ ol, ana dilim”, Məmməd Aslanın “Mənim dilim-qibləgahım”, B.Vahabzadənin “Ana dili”, Asif Asimanın “Ana dilimdir” və s. şeirlər söylənildi, ana dili ilə bağlı materialları özündə əks etdirən jurnal, qəzet və kitablardan ibarət sərgi nümayiş etdirildi.