SumgaitLibrary

+994 186520087


Xatirə gecəsi

22.02.2017-ci il tarixində Xocalı soyqırımı ilə əlaqədar Mərkəzi kitabxananın uşaq şöbəsində “Sinəmə çəkilən sağalmaz yaram” adlı xatirə gecəsi keçirildi. Tədbir dövlət himninin səsləndirilməsi ilə başladı. Sonra Xocalıda qətlə yetirilmiş soydaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi. Uşaq şöbəsinin böyük kitabxanaçısı Z.Məmmədova XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı haqqında geniş məlumat verərək erməni separatçılarının burada törətdiyi ağlasığmaz vəhşiliklərindən bəhs etdi. Sonra mövzu ilə bağlı videoçarx izlənildi , oxucular “Xocalı qan yaddaşımız” adlı sərgisində olan kitab və dövrü mətbuat materialları ilə tanış edildi.