SumgaitLibrary

+994 186520087


Xatirə günü

23.02.2017-ci il tarixində M.Ə. Sabir adına kitabxana filialda Xocalı faciəsinə həsr olunmuş “Qanlı cığırlarda bir daş olaydım” adlı xatirə günü keçirildi. Tədbirdə Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sukutla yad edildi. Sonra 70 saylı “Bənövşə” körpələr evinin fidanları özlərinin hazırladıqları ədəbi-bədii , müsiqili kompozisiyanı təqdim etdilər. Sumqayıt yazarlarından Asif Asiman, Elbrus Qayalı, Rəhilə Veysəlli çıxış edərək bu faciəni XX əsrin ən dəhşətli faciələrindən birincisi olduğunu, bu cinayətin hələ də cavabsız qaldığını bildirdilər. Ermənilərin öz havadarlarının köməyi ilə törətdikləri vəhşilikləri urək ağrısı ilə pislədilər və Xocalı faciəsi haqqında yazılmış şeirlərini oxudular. Kitabxananın fəal oxucuları bu faciəyə həsr olunmuş şeirlər ifa etdilər. Sonda tədbir iştirakçıları Xocalı faciəsinə həsr edilmiş “Bir obanın ölüm günü” adlı kitab sərgisi ilə tanış oldular.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid