SumgaitLibrary

+994 186520087


Xatirə günü

25.02.2017-ci il tarixində S.Vurğun adına Mərkəzi Kitabxanın İncəsənət şöbəsində Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar olaraq ”Haray, Xocalım haray!” adlı xatirə günü keçirildi. Kitabxanaçı İskəndərova Məlahət oxuculara o qanlı gecənin dəhşətlərindən söhbət açaraq bildirdi ki, Xocalı soyqırımı bəşər tarixində misli görünməmiş bir faciədir. Faciənin ağırlığını oxuculara çatdırmaq məqsədilə video çarx nümayiş olundu. Sonra söz gənc şairə Pərvanə İlyasovaya verildi. Pərvanə xanım da Xocalı faciəsi haqqında məlumat verdi və qızı Şəmsiyyənin ifasında “Xocalı dərdi” şeiri səsləndi. Bir-birinin ardınca Xocalıya həsr olunmuş şeirlər səsləndi. Aygün və Elgün Əmrəliyevaların ifasında Mirvarid Dilbazinin “Xocalı fəryadı” pyesindən səhnəcik nümayiş olundu. Sonda MKS-nin direktoru Əhmədova Yeganə xanım çıxış edərək bildirdi ki, düşmən üzərində qələbə çalmaq üçün tək silah deyil, eyni zamanda tariximizi yaxşı bilmək və onu təbliğ etmək də vacibdir.