SumgaitLibrary

+994 186520087


Anım günü

25.02.2017-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar olaraq ,,Xocalı harayı” adlı anım günü keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın müdiri Zərnigar Babayeva açaraq bildirdi ki, Xocalı faciəsindən 25 il keçməsinə baxmayaraq bu cinayəti törədənlər hələ də ədalət qarşısında cavab verməyiblər. Tədbirdə Sadıqova Ayna Xocalı haqqında geniş məlumat verdi. SDU-nun tələbələri, kitabxana klubun oxucuları Şıxəhmədova Aysel, Əsədova Aidə, Mirəliyeva Xanım, Süleymanova Sevinc, Şərifov Allahverdi və başqaları Xocalı haqqında tarixi faktlara əsaslanaraq çıxış etdilər. Tədbir zamanı Xocalı haqqında videoçarx nümayiş etdirildi. Sonda böyük kitabxanaçı Lazımova Bəturə ,,Xocalı qan yaddaşı” adlı sərgidən bibloqrafik xülasə verdi.