SumgaitLibrary

+994 186520087


Anım günü

07.03.2017-ci il tarixində M. Ə. Sabir adına kitabxana filialında mart ayında dünyaya göz açan aprel şəhidlərindən Samir Kaçayev, Murad Mirzəyev, Azərbaycan Milli Qəhrəmanlarından Elşad Əhədov, Əsəd Əsədov, Fəxrəddin Nəcəfovun xatirəsinə həsr edilmiş “Şəhidlər ölməz, Vətən bölünməz” adlı anım günü keçirildi. Tədbiri kitabxananın müdiri H. Pirimova açaraq şəhidlərin qısa ömür tarixçəsindən, keçdikləri döyüş yolundan danışdı. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Azərbaycan Dövlət Himni səsləndirildi. Kitabxananın oxucularından Əliyeva Zəhra, Orucova Ayşən, Qasımova Aysel, Qarayeva Aytac, Mirzəyeva Xalidə, Mürsəlli Lətifə, Süleymanlı Röya, Bədəlov Ümid, Rəhimova Həcər və Qurbanova Simarə vətənpərvərlik mövzusunda şeirlər söylədilər.