SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

30.03.2017-ci il tarixində Gənclər kitabxanasında SDU-nun və 12 saylı orta məktəb şagirdlərinin iştirakı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “İnsanlığa və bəşəriyyətə qarşı amansız cinayət” adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə ilk olaraq Vətən uğrunda şəhid olmuş övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının himni səsləndi. Tədbiri giriş sözü ilə kitabxananın müdiri Sona Eminova açaraq Azərbaycan xalqının XX əsrdə erməni qəsbkarları tərəfindən məruz qaldığı soyqırımlardan bəhs etdi. Tədbirdə SDU-nin tələbələri Məmmədov Sahib, Hacıbabayeva Sürayyə, Cəbrayılova Fatimə, Qasımov Fərhad və Səmədova Zeynəb Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələri ilə bağlı məruzələrlə çıxış etdilər. Sonda erməni vandalizmindən bəhs edən videoçarxa baxıldı.