SumgaitLibrary

+994 186520087


Səyyar sərgi

30.03.2017-ci il tarixində S. Vurğun adına Mərkəzi Kitabxananın əməkdaşları 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Təcili Tibbi Yardım Xəstəxanasında “Tarixin ibrətamiz səhifələri” adlı səyyar sərgi təşkil etdi. Sərgidə Azərbaycan tarixini əks etdirən kitablarla yanaşı, Azərbaycan və rus dillərində bədii ədəbiyyat nümunələri də nümayiş etdirildi. Sərgi xəstəxananın tibb personalı və xəstələri tərəfindən çox böyük maraqla qarşılandı. Qeyd edək ki, səyyar sərgidə 300-ə qədər ədəbiyyat nümayiş etdirildi.