SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

31.03.2017-ci il tarixində M. Ə. Sabir adına kitabxana filialında 31 Mart Azərbaycanlıların Soyqırım Gününə həsr edilmiş “İnsanlıga sığmayan cinayət” adlı dəyirmi masa keçirilmişdir. Tədbir Azərbaycanda baş vermiş soyqırımlar zamanı öldürülmüş soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra SDU-nun tarix fakültəsinin tələbələri Qədirli Mahmud, Yusifzadə Sərxan, Muradov Rəhman, Süleymanov İlkin və 39 saylı məktəbin tarix müəllimi Həbibov Nicat 1918-ci ildə törədilmiş hadisələr haqqında geniş məlumat verdilər. Daha sonra kitabxananın veteran oxucusu Cabbarov Zəkəriyyə türk xalqının hər zaman Azərbaycan xalqına dəstək olmasından danışaraq bu qanlı tarixi unutmamağa çağırdı. Sonda kitabxananın müdiri H. Pirimova tədbir iştirakçılarına təşəkkür etdi və belə tədbirlərin əhəmiyyətini qeyd etdi.