SumgaitLibrary

+994 186520087


Ekskursiya

01.04.2017-ci il tarixində Sumqayıt şəhər S. Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinin təşkilatçılığı ilə Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin nəzdində fəaliyyət göstərən "Poliqlot" kursunun şagirdləri kitabxanaya ekskursiya ediblər. Uşaq şöbəsinin müdiri Y. Hüseynova şagirdlərə kitabxana haqqında ümumi məlumat verdikdən sonra, uşaqları kitabxanada nümayiş olunan sərgilərlə tanış etdi. Sonra oxu zalında 2 aprel - Kəlbəcərin işğalı, həmçinin 2016-cı il aprel döyüşlərində düşmənin təxribatı zamanı Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqlar haqqında uşaqlara məlumat verildi.