SumgaitLibrary

+994 186520087


Ekskursiya

11.04.2017-ci il tarixində S. Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinə Verbal- Uşaq Tədris Mərkəzinin məktəbəqədər qrupunun “Salam, Kitab evi” adlı ekskursiyası olub. Kitabxanaya gələn balacaları şöbənin müdiri Y. Hüseynova qarşılayaraq, kitabxana haqqında ümumi məlumat verdi. Sonra balaca fidanlara fəal oxucu Xoşqədəm Bağıyeva H. Behlərovanın “Kələm yarpağı” kitabını ucadan oxudu. Uşaqlarla tap-tapmaca oyunu keçirildi. Uşaqlar bu oyunda çox aktivlik nümayiş etdirdilər. Uşaqların ifasında şeirlər dinlənildi. Sonda “Verbal- Uşaq tədris Mərkəzi”nin müəlliməsi Lalə Məhərrəmli bu səmimi qarşılanma üçün kitabxana əməkdaşlarına təşəkkürünü bildirdi.