SumgaitLibrary

+994 186520087


Ekskursiya

15.04.2017-ci il tarixində “Yuvam Uşaq Klubu”nun şagirdləri və klubun rəhbəri Sevinc İntiqamqızı S. Vurğun adına Mərkəzi Kitabxananın incəsənət şöbəsinə ekskursiyaya gəldilər. Kitabxanaçılar İskəndərova Məlahət və Məhəmmədova Sevda uşaqları şöbə ilə tanış etdilər, kitabxanada özünü necə aparmaq, kitabla necə davranmaq qaydaları haqqında məlumat verdilər. Uşaqlara bir-birindən maraqlı nağıllar oxudular, tapmacalar söylədilər. Sonra uşaqlar elektron kitablarla tanış oldular və bir neçə səsli nağıla qulaq asdılar. Sonda uşaqlara rəngləmələr və şarlar hədiyyə olundu.