SumgaitLibrary

+994 186520087




17.04.2017-ci il tarixində M. Ə. Rəsulzadə adına kitabxana filialında Aprel döyüşlərində qəhrəmanlıqla şəhid olan övladlarımızın xatirəsinə həsr olunmuş "Vətəni canından əziz tutanlar" adlı anım günü keçirildi. Tədbirdə aprel döyüşlərində qəhrəmanlıqla şəhid olan övladlarımızın - Əbdülməcid Axundov və Murad Məmmədovun ailə üzvləri, Aprel döyüşlərinin iştirakçıları - müxtəlif orden və medallarla təltif olunmuş Natiq Mehdiyev, Ülfət Həsənov, Hikmət Məmmədov, MKS-in direktoru Yeganə Əhmədova, AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun dissertantı, Birlik.az saytının baş redaktoru Vüsal Hətəmov, şairə Günel Eyvazlı, 14 saylı tam orta məktəbin şagirdləri və kitabxananın oxucuları iştirak etdilər. Tədbirdə çıxış edənlər qeyd etdilər ki, məhz şəhidlərin canı və qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur. Tədbirdə vətənpərvərliyə həsr olunmuş şeirlər və mahnılar səsləndirildi.