SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

18.04.2017-ci il tarixində Gənclər kitabxanasının və SDU-nun təşkilatçılığı ilə “XXI əsr - elm və tərəqqinin görünən və görünməyən tərəfləri” adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə 12 saylı orta məktəbin şagirdləri də iştirakı etmişdir. Tədbiri giriş sözü ilə kitabxana müdiri Sona Eminova açaraq XX əsrin sonu və XXI əsrin ilk onilliyində informasiya və kommunikasiya texnologiyalarının cəmiyyətin inkişafına göstərdiyi təsirdən bəhs etdi. Daha sonra SDU-nun tələbələri mövzu ilə əlaqədar cıxışlar etdilər. İnternetin yaratdığı problemlərin qarşısı necə alınmalıdır? Yeniyetmə və gənclərin internetdən yararlanaraq düzgün inkişafına kömək etmək və bu inkişafdan daha çox bəhrələnmək üçün nə kimi təkliflər ola bilər? "Dəyirmi masa"da bu kimi məsələlərə aydınlıq gətirilmiş, bir çox təkliflər irəli sürülmüşdür. Daha sonra “Kompüterin zərərləri” adlı qısametrajlı film nümayiş etdirilmişdir.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid