SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

23.04.2017-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda Dünya Kitab və Müəllif Hüquqları Günü ilə əlaqədar “Tükənməz mənəvi qida” adlı dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə böyük kitabxanaçı Kərimova Dilbər açaraq UNESCO tərəfindən elan edilən və Azərbaycanda 1997-ci ildən başlayaraq ənənəvi şəkildə qeyd olunan Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə bağlı geniş məlumat verdi. Dəyirmi masada yazıçı-publisist Eyruz Məmmədov, şair İbrahim İlyaslı, ”Zərif qadın” ədəbi məclisinin sədri Xatirə Fərəcli və qələm dostları mövzu ətrafında geniş müzakirələr apardılar. Sonda kitabxananın müdiri Z. Babayeva qonaqlara təşəkkür etdi, belə tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd etdi.