SumgaitLibrary

+994 186520087


Ədəbiyyat saatı

26.04.2017-ci il tarixində H. Z. Tağıyev adına qəsəbə kitabxanası 19 saylı tam orta məktəbdə M. P. Vaqifin 300 illiyi ilə əlaqədar “XVIII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi” adlı ədəbiyyat saatı keçirdi. Tədbir məktəbin ədəbiyyat müəlliməsi Günel Hümbətova və 7-ci sinif şagirdləri iştirakı ilə keçirildi. Şagirdlər böyük şairin qoşmalarını, qəzəllərini səsləndirdi. Tədbirdə M. P. Vaqifin əsərləri, həmçinin şairin həyat və yaradıcılığına həsr olunmuş kitabların sərgisi nümayiş etdirildi.