SumgaitLibrary

+994 186520087


Şeir müsabiqəsi

02.05.2017-ci il tarixində M.Ə.Sabir adına kitabxana filialında vətənpərvər şair Əhməd Cavadın 125 illik yubileyinə həsr edilmiş “İncə duyğular, böyük fikirlər şairi“ adlı şeir müsabiqəsi keçirildi. Tədbiri kitabxananın müdiri H. Primova açaraq iştirakçıları və qonaqları salamladı. Şeir müsabiqəsinin təşkil edilməsinin məqsədinin Əhməd Cavad yaradıcılığını oxucular, məktəblilər arasında təbliğ etmək və ən gözəl qiraətçiləri üzə çıxarmaqdan ibarət olduğunu bildirdi. Müsabiqədə 4, 35, və 39 saylı məktəbin və TTE litseyinin şagirdləri iştirak edirdilər. Şeir müsabiqəsi iştirakçıların Azərbaycan Respublikasının Dövlət Himninin oxuması ilə açıq elan edildi. Münsiflər heyətində şair Asif Asiman, şair Elbrus Qayalı , istedadlı jurnalist Vüqar Xəyal ıiştirak edirdi. Şair Asif Asiman Müsabiqənin şərtlərini elan etdi və oxuculara uğurlar dilədi. Müsabiqəyə 50 nəfərdən çox iştirakçı qatılmışdır. Müsabiqənin qalibləri müəyyən edildikdən sonra Kitabxananın müdiri qalibləri təbrik etdi və iştirakçılara təşəkkürünü bildirdi. Sonda qaliblərlə xatirə şəkli çəkildi . Tədbir sözləri Əhməd Cavada məxsus olan, ”Çırpınırdiı Qara dəniz” mahnısı ilə sona yetdi.