SumgaitLibrary

+994 186520087


Ədəbi-bədii gecə

01.06.17-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqlar dünyanın sevincidir” adlı ədəbi-bədii gecə keçirilmişdir. Tədbir C. Cabbarlı adına Mədəniyyət evi ilə birlikdə hazırlanmışdır. Tədbiri açan aparıcı hamını salamladı, uşaqları bayram münasibəti ilə təbrik etdi. Sonra söz kitabxananın fəal oxucularına verildi. Umud, Bahar, Nərmin, Şəms, Tuncay, Nuray, Zəhra, Aysu, Fuad uşaqlara həsr olunmuş şeirlərdən nümunələr söylədilər. C. Cabbarlı adına Mədəniyyət evinin “Turan” rəqs kollektivi rəngarəng rəqs nümunələri ilə çıxış etdi. Həmçinin Mədəniyyət evinin müğənnisi Pənah Məmmədli musiqi nömrələri ilə tamaşaçıları şənləndirdi. Kitabxanada fəaliyyət göstərən “Rəsm” dərnəyinin şagirdlərinin əl işlərindən ibarət sərgi tədbir iştirakçılarının marağına səbəb oldu. Həmçinin balaca rəssamlar asfalt üzərində də rəsmlər çəkdilər. Tədbirdə Kitabxana Klubun müdiri Zərnigar Babayeva və C.Cabbarlı adına Mədəniyyət evinin müdiri Aygün Qəhrəmanova çıxış edərək uşaqları bayram münasibəti ilə təbrik etdilər, onlara dərslərində uğurlar arzuladılar.