SumgaitLibrary

+994 186520087


Ədəbiyyat saatı

03.06.2017-ci il tarixində Gənclər kitabxanasında fəal oxucuların iştirakı ilə türk yazıçısı, 2006-cı il Nobel mükafatı laureatı, Postmodern üslubunda yazdığı romanları dünyanın bir çox dillərinə tərcümə olunmuş Orxan Pamukun 65-ci ildönümü ilə əlaqədar "Avropaya roman yazmağı öyrədən yazıçı" adlı ədəbiyyat saatı keçirilmişdir. Tədbiri giriş sözü ilə böyük kitabxanaçı Bağırova Rəhilə açaraq yazıçının həyat və yaradıcılığı haqqında məlumat verdi. O qeyd etdi ki, yazıçı ciddi yaradıcılıq uğurları nəticəsində 1979-cu ildən bəri 15-dən çoх nüfuzlu ədəbi mükafat qazanmışdır. Dünyanın 100-dən çoх ölkəsində nəşr olunan əsərlərinin tirajı bir neçə milyon nüsхəni aşıb, tərcümə edildiyi dillərin sayı isə 60-a çatmışdır. "Taym" jurnalının 2006-cı ildə keçirdiyi sorğunun nəticələrinə görə Pamuk dünyanın 100 ən görkəmli şəхsiyyəti sırasına daхildir. Tariхi mövzuda yazılmış "Ağ qala" (1985) romanı isə yazıçıya beynəlхalq miqyasda şöhrət qazandırmışdı. Orхan Pamuk Azərbaycan Yazıçılarının ХI qurultayında (2004) iştirak etmiş və AYB-nin fəxri üzvü olmuşdur. Yazıçının bir sıra əsərləri Azərbaycan dilinə çevrilmiş və kitab şəklində çap edilmişdir ("Qar", "Mənim adım qırmızı", "Yeni həyat", "Gizli üz", "Bəyaz qala"), yaradıcılığı haqqında namizədlik dissertasiyası və məqalələr yazılmışdır. Sonda oxucular yazıçının əsərləri haqqında öz fikirlərini bölüşmüşlər.