SumgaitLibrary

+994 186520087


Ədəbiyyat saatı

07.06.2017-ci il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsi 15 saylı məktəbdə M.P.Vaqifin 300 illiyi ilə əlaqədar “Vaqifin dili - xalqın dili” adlı ədəbiyyat saatı keçirmişdir. Tədbir 15 saylı məktəbin 5-ci sinfində keçirildi. Uşaq şöbəsinin kitabxanaçısı L.Muradova şagirdlərə XVIII əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi Molla Pənah Vaqifin həyatı haqqında geniş məlumat verdi. Sonra yaradıcılığından bəhs edərək bildirdi ki, Vaqif öz ədəbi və siyasi fəaliyyətilə xalqla bağlı mütərəqqi şəxsiyyətlərdən biri olduğu kimi, Azərbaycan ədəbiyyatının yeni istiqamətdə inkişafına kömək etmiş qüdrətli bir sənətkardır. Zamanın qabaqcıl ideyalarının, zövqü və əhvali-ruhiyyəsinin ən yaxşı ifadəçisi olan Vaqif şeri ilə ədəbiyyatımızda yeni mərhələ başlayır. Onun əsərlərində Azərbaycan xalqının adət-ənələri, yerli və məhəlli xüsusiyyətləri özünün parlaq əksini tapmışdır. Şairin yaradıcılığında məhəbbət lirikası əsas yer tutur. Klassik şerimizin əsas mövzusu olan gözəllik onun qoşmalarında yeni bir məna, yeni bir təravət kəsb edir.