SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Sərgi
14.06.2017-ci il tarixində Gənclər kitabxanasında Vahid Fondun Təşkili və İstifadəsi şöbəsi ilə birgə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək elan olunmuş İnsan Hüquqları Aylığı çərçivəsində “Hüquqlarımızı bilək” adlı sərgi (Açıq qapı) günü keçirilmişdir. Gün ərzində müxtəlif oxucu qrupları ilə keçirilən tədbirdə çıxış edən Gənclər kitabxanasının multimediya mütəxəssisi Əbdürrəhmanova Sürəyya və Vahid Fondun Təşkili və İstifadəsi şöbəsinin müdiri Nafilə Nəsirova insan hüquqlarının mahiyyəti, BMT-nin İnsan Hüquqları Bəyannaməsi, iqtisadi, sosial və mədəni, mülki və siyasi hüquqlar haqqında Beynəlxalq sənədlər, ölkəmizdə bu sahədə aparılan islahatlar, milli insan hüquqları təsisatları, Müvəkkil təsisatının yaranması və fəaliyyəti barədə danışmışlar. Qeyd edilmişdir ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, həmçinin insan hüquq və azadlıqlarının təmini sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmiş, qanunvericiliyin formalaşdırılması prosesinə başlanılmış, 1998-ci il iyun ayının 18-də Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında ilk dövlət proqramı qəbul edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə iyun ayının 18-i ölkəmizdə “İnsan Hüquqları günü” kimi qeyd olunur.