SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

16.06.2017-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda 18 iyun Azərbaycanda İnsan Hüquqları Günü ilə əlaqədar olaraq “Hüquqlarımızı bilirikmi?” adlı dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxanaçı Sadıqova Ayna açaraq, Konstitusiyamızda insan hüquq və azadlıqlarının təmininin dövlətimizin ali məqsədi olduğunu, əsas qanunumuzun 48 maddədən ibarət 3-cü fəslinin insan hüquq və azadlıqlarına verilən ən yüksək dəyəri əks etdirdiyini vurğulamışdır. Tədbirdə mövzu ilə bağlı video çarx nümayiş etdirilmişdir. Sonda kitabxanaçı Qurbanova Şeyda ,"İnsan hüquqları və azadlıqları” adlı sərgidən biblioqafik xülasə vermişdir