SumgaitLibrary

+994 186520087


Səyyar sərgi

01.07.2017-ci il tarixində “mütaliə həftəsi” çərçivəsində Mərkəzi uşaq kitabxanasının əməkdaşları tərəfindən şəhər Bələdiyyə parkında “Uşaq ədəbiyyatı xəzinəsindən” adlı səyyar kitab sərgisi təşkil edildi. Sərgidə uşaq ədəbiyyatı incilərindən ibarət 100-ə qədər ədəbiyyat nümayiş etdirildi. Sərgi ilə tanış olmaq istəyən hər bir şəhər sakininə kitabxananaın ünvanı, oxucu profili, fondu, kitabxanaya abunə qaydaları haqqında ətraflı məlumat verildi.