SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

23.07.2017-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı”nın icrası məqsədilə "Narkomaniyaya yox deyək!" adlı dəyirmi masa keçirilmişdir. Kitabxanaçı D.Ağakişiyeva, D.Kərimova və oxuculardan A. Əsədova, A. Şıxmətova , İ.Abbasova, E.Dadaşov narkomaniyanın fəsadları, onun insan həyatına gətirdiyi böyük bəlalardan, dünyada 2 milyon insanın bu bəladan əziyyət cəkdiyindən, onların 40-45% qadın və uşaqlardan ibarət olması, narkomaniyanın millətin sağlam həyat tərzi üçün təhlükəsi haqqında məlumat verdi. Dəyirmi masa iştirakçılarının təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.