SumgaitLibrary

+994 186520087


Anım günü

12.10.2017-ci il tarixində S.Vurğun adına Mərkəzi kitabxanada “Şəhidlər ölmür, onlar xalqımızın qürurudur! ”adlı Aprel şəhidi Əbdülməcid Axundovun doğum günü münasibəti ilə anım günü keçirildi. Tədbir Mərkəzi kitabxana və Şəhər Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə keçirilirdi. İlk olaraq Azərbaycanın dövlət himni səsləndirildi. Metodika-biblioqrafiya şöbəsinin metodisti Axundzadə Natəvan tədbiri açaraq, şəhid Əbdülməcid Axundovun qısa və şərəfli ömür yolundan bəhs etdi. 16 saylı məktəbin müəllimi Sevil Behbudova Əbdülməcid haqqında xatirələrini bölüşdü. Tədbirdə Qarabağ müharibəsi Əlilləri, veteranlar və şəhid ailələri İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin sədri Tərlan Hacızadə 2-5 aprel döyüşləri zamanı qəhrəmanlıq göstərərək, Vətənə Qalibiyyət xəbərləri göndərən şəhidlərimizin ucaldıqları uca məqamnan danışdı. Onlar bizim məğrurluq və qürür yerimizdirlər. Tuncay Hüseynov və Tahir Rzayev vətənpərvərlik haqqında şerlər söylədilər. Qəhrəmanlıq ruhunda Ədalət Dağlının ifasında musiqi səsləndirildi. Tədbir boyunca Əbdülməcid Axundov haqqında video –çarx izlənildi. Sonda MKS-in direktoru Yeganə Əhmədova şəhid Əbdülməcid Axundov haqqında danışıb, tədbir iştirakcılarına öz minnətdarlığını bildirdi.