SumgaitLibrary

+994 186520087


Biblioqrafiya günü

14.10.2017-ci il tarixində Mərkəzi uşaq kitabxanasında “Biblioqrafiya ili” ilə əlaqədar oxucuların marağını ədəbiyyat axtarışında biblioqrafik mənbələrə, tövsiyə vəsaitlərinə, soraq-biblioqrafiya aparatına yönəltmək məqsədilə “Sənin informasiya mədəniyyətin” adlı biblioqrafiya günü keçirildi. Tədbirin aparıcısı kitabxananın müdiri Nailə Tağıyeva kitabxanada aparılan soraq - biblioqrafiya aparatının təşkili, soraq-biblioqrafiya xidməti, biblioqrafik informasiyavermə xidmətinın formaları haqqında məlumat verdi. Sərgilərə baxış keçirildi, onlara məlumat nəşrləri, kataloqlardan istifadə qaydaları izah edildi, oxucular kitabxananın nəşrləri ilə tanış edildi.