SumgaitLibrary

+994 186520087


Ədəbi-bədii gecə

16.10.2017-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda 18 Oktyabr Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyə gedən yol” başlıqlı ədəbi-bədii gecə keçirilmişdir.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Böyük mütəxəssis Səadət Allahverdiyeva hamını salamladı, tədbir haqqında oxuculara geniş məlumat verdi. Sonra söz oxuculara verildi. Kitabxananın fəal oxucuları 28 saylı məktəbin şagirdləri Nihat, Nəzrin, Murad, Nərmin, Zəhra, Nəcibə, Əfsanə, Rauf müstəqillik gününə həsr olunmuş şeirlər söylədilər. Kitabxanaçı “Müstəqillik yollarında” başlıqlı sərginin də xülasəsini verdi. Sonda Müstəqllik Gününə həsr olunmuş vidoçarx nümayiş olundu.