SumgaitLibrary

+994 186520087


Məlumat günü

17.10.2017-ci il tarixində S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsində Dövlət Müstəqilliyi Günü ilə əlaqədar “Müstəqillik tariximizin şanlı səhifəsi” adlı məlumat günü keçirilmişdir. Tədbirdə uşaq şöbəsinin böyük kitabxanaçısı Z.Məmmədova əlamətdar gün haqqında məlumat verərək bildirdi ki, XX əsrin sonlarında SSRİ-nin dağılması nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilmişdir. Konstitusiya Aktında göstərilmişdir ki, müstəqil Azərbaycan dövləti 1918 -1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95 %-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs vermişdir. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilmişdir.