SumgaitLibrary

+994 186520087


Şeir müsabiqəsi

18.10.2017-ci il tarixində S.Vurğun adına Mərkəzi kitabxananın İncəsənət şöbəsində Azərbaycan Dövlət Müstəqilliyi Günü münasibətilə “Azadlıq millətin səadətidir” adlı şeir müsabiqəsi keçirildi. Tədbiri multimedia mütəxəssisi Məhəmmədova Sevda açaraq müstəqilliyimizin çətin, keşməkeşli yolundan söhbət açdı. Sonra oxucuların ifasında azadlığa, müstəqilliyə həsr olunmuş şeirlər səsləndi. Münsiflər heyəti tarixçi-müəllim, yazıçı Tahirə Zeynalova, Vahid fondun təşkili və istifadəsi şöbəsinin müdiri Nafilə Nəsirova, Vahid fondun təşkili və istifadəsi şöbəsinin əməkdaşı Rəhilə Əhədovanın iştirakı ilə qaliblər müəyyənləşdirildi. I-yerə Nəbi Xəzrinin “İstiqlal marşı”nı səsləndirən Gülmalıyev Əhəd, II-yerə Rafiq Yusifoğlunun “Gözün aydın, Azərbaycan” şeirini səsləndirən Cabbarlı Elmira, III yerə Daşqın Gülməmmədovun “ Can Vətən, can Azərbaycan!” şeiri ilə İmaməliyeva Jalə layiq görüldü. Qaliblər fəxri fərmanlarla təltif olundular.