SumgaitLibrary

+994 186520087


Şeir dəqiqələri

18.10.2017-ci il tarixində Mərkəzi uşaq kitabxanasının əməkdaşları 38 saylı tam orta məktəbdə 1A və 3C sinif şagirdlərinin iştirakı ilə 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar “Azadlığın mübarək” adlı şeir dəqiqələri keçirdi. Tədbir uşaqların ifasında Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlandı. Tədbiri giriş sözü ilə açan məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Lalə Axundova bildirdi ki, xalqımız keşməkeşli mübarizələr və qurbanlarla dolu tarixi bir yol keçmişdir. Bunların hamısının bir məqsədi, bir məramı olmuşdur: azadlıq, müstəqillik, xalq iradəsinin sərbəstliyi. XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti də məhz müstəqil Azərbaycan dövlətinin yaradılmasıdır. Öz müstəqilliyini bərpa edən ölkəmiz artıq demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməlini qoymuşdur. Ona görə də XX əsr xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qalacaqdır. Daha sonra Mərkəzi uşaq kitabxanasının multimedia mütəxəssisi Nəzakət Əliyeva çıxış edərək Azərbaycanın müstəqillik qazanmasının tarixindən bəhs etdi. Tədbir şagirdlərin vətənpərvərlik mövzusunda söylədiyi şeirlərlə davam etdi.