SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Ədəbiyyat saatı
19 .10.2017-ci il tarixində Mərkəzi uşaq kitabxanası tərəfindən 38 saylı tam orta məktəbdə 5C sinif şagirdlərinin iştirakı ilə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ədəbiyyatşünas alim, ictimai-siyasi xadim, milli-demokratik hərakatımızın mücahidi, Xalq şairi X.R.Ulutürkün 85 illik yubileyi münasibətilə “Azadlıq fədaisi Ulutürkün mübariz poeziyası” adlı ədəbiyyat saatı keçirildi. Azərbaycan poeziyasında görkəmli ədəbi sima Xəlil Rzanın həyat və yaradıcılığı haqqında məktəblilərə məlumat verən kitabxananın böyük mütəxəssisi Nəzakət Əliyeva öz çıxışında bildirdi ki, Azərbaycanın azadlığı və istiqlalı yolunda çarpışan, bütün həyatını, yaradıcılığını bu müqəddəs amala həsr edən Xəlil Rza Ulutürk milli poeziyamızın qranit sütunundan biridir. O, bütün ömrü boyu ictimai-siyasi fəaliyyəti ilə xalqımızın gələcəyinə xidmət etmişdir. Dünyasını vaxtsız dəyişsə də, Xəlil Rza Ulutürk həmişə ruhumuzda yaşayan, bizimlə birlikdə sabaha addımlayan, daha obrazlı desək, bu günün və gələcək dövrlərin şairidir. Şairin sanballı ömür yolu haqqında dəyərli məlumatlarla zəngin çıxışından sonra Nəzakət Əliyeva X.Rzanın müxtəlif illərdə nəşr olunmuş kitabları və onların annotasiyası haqqında məlumat verdi. Xəlil Rzanın kitablarından təşkil olunan sərgi oxucular tərəfindən maraq və rəğbətlə qarşılandı. Sonda şagirdlərdən Zəkiyev Mircəfər, Məmmədli Hüseyn, Seyidov Orxan, Dadaşova Nazlı şairin “Mən – Azərbaycanam!”, “Mən yenə dönəcəm Azərbaycana”, “Əyilmə!!!”,” Azadlıq gülüstanı“ adlı şeirlərindən parçalar söylədilər.