SumgaitLibrary

+994 186520087


Məmməd Namaz - 75

20.10.2017-ci il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi Məmməd Namazın 75 illiyi ilə əlaqədar Poeziya evində keçirilən “Sənə nəğmə yaza-yaza” adlı görüşdə “Analar və balalar” nağılı əsasında hazırladığı səhnəcik ilə çıxış etmişdir. Görüş MK-nın uşaq kitabxanalarının təşkilatçılığı ilə keçirildi. Əvvəlcə şair Rafiq Yusifoğlu Məmməd Namazın yaradıcılığından bəhs edərək onunla bağlı xatirələrini danışdı. Şair Ələsgər Həsənli, Almaz Sahilə, AYB-nin Sumqayıt bölməsinin sədri şairə Gülnarə Cəmaləddin, Mərkəzlədirilmiş Kitabxana Sisteminin direktoru Yeganə Əhmədova çıxış edərək yubiley münasibətilə M.Namazı təbrik etdilər, ona xoş arzularını bildirdilər. M.Namaz çıxış edərək onlara öz minnətdarlığını bildirdi və öz yeni şerini söylədi. Sonra Mərkəzi uşaq kitabxanası şairin “Vətən bayatıları”, “Azərbaycan” şeirləri, N.Gəncəvi adına uşaq kitabxana klubu isə “Layla”, “Leyla”, “Kəpənək” şeirləri əsasında hazırlanmış ədəbi kompozisiya, S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi “Analar və balalar” nağılı əsasında Sabir Sarvan adına uşaq poeziya klubunun üzvlərinin hazırladığı səhnəciklə iştirak etdilər. Tədbirdə “Balalara hədiyyə” başlığı altında sərgi, N.Gəncəvi adına uşaq kitabxana klubunun və Mərkəzi Kitabxananın uşaq şöbəsinin oxucularının şairin əsərlərinə çəkdikləri rəsmləri nümayiş etdirildi.