SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Şeir müsabiqəsi
21.10.2017-ci il tarixində S. Vurğun adına Mərkəzi kitabxana 5 nömrəli tam orta məktəbdə Xəlil Rza Ulutürkün 85 illik yubileyi ilə əlaqədar “Mən Azərbaycanam” adlı şeir müsabiqəsi keçirdi. Tədbirdə X.Rza Ulutürkün həyat və yaradıcılığını əks etdirən “Mən Azərbaycanam” adlı sərgi nümayiş etdirildi. Tədbiri giriş sözü ilə Abonement şöbəsinin baş kitabxanaçısı Baxşəliyeva İlahə açaraq X.Rza Ulutürkün həyat və yaradıcılığı haqqında məlumat verərək vurğuladı ki, X.Rza Ulutürk istiqlalçılıq və türkçülük timsalıdır.İnanırıq ki, böyük şairin həyat və yaradıcılığı hələ çox illər sonra da örnək olaraq yaddaşlarda yaşayacaqdır. Tədbirdə 9A sinif şagirdləri müəllifin şeirlərini söylədilər. Şagirdlərdən Axundzadə Fidan I yerə , Müzəffərova Nərmin II yerə, Əhmədzadə Nəzrin III yerə layiq görüldülər. Qaliblərə kitablar hədiyyə edildi.