SumgaitLibrary

+994 186520087


Ekskursiya

22.10.2017-ci il tarixində NAKO EDU Club Tədris Mərkəzinin məktəbəqədər qrupu S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinə ekskursiya etmişdir. Əvvəlcə uşaq şöbəsinin müdiri Yeganə Hüseynova tədbirdə iştirak edən balaca fidanlara kitabxana haqqında məlumat verdi və onları abonement, qiraət zalı, multimedia otağı, “Nağıl otağı”nda CD diskləri, nağıl kitabları, oxucuların əl işlərindən ibarət olan “Bizim nağıl dünyamız” sərgisi ilə tanış etdi. Sonra “Sehrli torba” nağılını ucadan oxudu və onun ətrafında verdiyi sualların cavablandırılmasında uşaqlar fəal iştirak etdilər. Daha sonra uşaqlar “Tıq-tıq xanım” cizgi filminə tamaşa etdilər. Uşaq şöbəsinin nəzdində fəaliyyət göstərən Sabir Sarvan adına Uşaq Poeziya Klubunun üzvlərinin uşaq şairi Məmməd Namazın 75 illiyi ilə əlaqədar “Analar və balalar” nağılı əsasında hazırladığı səhnəcik uşaqların böyük marağına səbəb oldu.Tədbirin sonunda NAKO EDU Klub Tədris Mərkəzinin müdiri Nargilə Bədəlova və müəlliməsi Rəna Quliyeva körpələrə maraqlı bir gün yaşatdıqlarına görə uşaq şöbəsinin əməkdaşlarına öz təşəkkürlərini bildirdilər.