SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Ədəbiyyat saatı
23.10.2017-ci il tarixində S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinin əməkdaşları 15 saylı məktəbin 6 a sinfində Hüseyn Cavidin 135 illiyi ilə əlaqədar "Yerə enməm də, səma şairiyəm" adlı ədəbiyyat saatı keçirmişlər. Tədbiri açan uşaq şöbəsinin kitabxanaçısı L.Muradova şagirdlərə görkəmli şair, dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığından bəhs edərək bildirdi ki, çoxəsrlik Azərbaycan ədəbiyyatının ən gözəl ənənələrini inkişaf etdirən, zənginləşdirən qüdrətli söz ustası dərin hikmətli, fəlsəfi poeziyası və dram əsərləri ilə milli şüurun intibahına xidmət göstərmişdir. Şairin yaradıcılığındakı romantik coşqunluq ilk öncə türk millətinin sabahına olan sonsuz inamdan irəli gəlirdi. Hüseyn Cavid əsərlərində həyatı da, insanın yaxşılıq, həqiqət və doğruluq haqqındakı arzularını yüksək bir aləm kimi tərənnüm etmişdir. Sonra şagirdlər onun şeirlərindən parçalar oxudular. Tədbirdə “Cavid dünyasının ucalığı” başlığı altında sərgi nümayiş edildi.