SumgaitLibrary

+994 186520087


Açıq qapı günü

26.12.17-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda “Sumqayıt Dünya Məktəbi”nin şagirdləri üçün açıq qapı günü keçirilmişdir. Kitabxana Klubun direktoru Zərnigar Babayeva şagirdləri, müəllimləri salamladı, kitabxana haqqında onlara geniş məlumat verdi. Əvvəlcə uşaqlar Kitabxana Klubda fəaliyyət göstərən “Rəsm” dərnəyinin şagirdlərinin əl işlərindən ibarət sərgi ilə taniş oldular. Sərgidə Yeni il və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş rəsm əsərləri nümayiş olundu. Sərgi haqqında Rəsm dərnəyinin müəlliməsi Günel Aslanzadə məlumat verdi. Sonra iştirakçılar kitabxanaya ekskursiya etdilər. Böyük mütəxəssis Səadət Allahverdiyeva kitabxananın oxu zalı, abonement şöbəsı, multimedia otağı, nağıl otağı ilə uşaqları yaxından tanış etdi. Nağıl otağında uşaqlar üçün “Sehirli torba” kitabı üzrə nağıl saatı da keçirildi. Sonda Dünya məktəbin uşaqları üçün kitabxanaçılarımızın hazırladıqları Azərbaycan nağılı “Cik-Cikin nağılı” və alman nağılı “Hansel və Qretelin nağılları” əsasında kukla tamaşası nümayiş olundu. “Sumqayıt Dünya Məktəbi”nin Azərbaycan və rus bölmələrinin şagirdləri üçün keçirilən açıq qapı günü şagirdlər, müəllimlər və valideynlər tərəfindən maraqla qarşılandı.