SumgaitLibrary

+994 186520087


Ədəbiyyat saatı

04.01.2018-ci il tarixində Gənclər kitabxanasında Sumqayıt Tibb Kolleci tələbələrinin iştirakı ilə Azərbaycanda inqilabi-demokratik ədəbiyyatın görkəmli nümayəndələrindən biri, Sabir ədəbi məktəbinin görkəmli davamçısı, şair, publisist Əli Nəzminin 140-cı ildönümü ilə əlaqədar “Molla Nəsrəddin” ədəbi məktəbinin görkəmli nümayəndəsi” adlı ədəbiyyat saatı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan böyük mütəxəssis Bağırova Rəhilə qeyd etmişdir ki, "Molla Nəsrəddin" jurnalı böyük maarifçilik ocaqlarından biri olaraq mətbuat tariximizdə silinməz izlər qoyub. "Molla Nəsrəddin" əvəzsiz məktəb kimi olduqca güclü qələm sahibləri, fikir adamları yetişdirib. O şəxsiyyətlərin fəaliyyəti, yaradıcılığı, çiyinlərinə götürdükləri ağır yükü-xalqın maarifləndirilməsi missiyasını şərəflə yerinə yetirib. Nəzminin də mətbuatımızın inkişafında əməyi böyükdür.Şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verən Bağırova xüsusilə vurğulamışdır ki, Ə.Nəzminin felyeton və satirik şeirləri satirik-yumoristik jurnallarda, xüsusən "Molla Nəsrəddin" jurnalında müntəzəm çap olunub, öz satirik şeirlərini gizli imzalarla (A.S.Əlidəyənəkli, "Həcamətverdi", "Sərsəri", "Qanacaqsız", "Şəmşir", "Şəmşirək", "Peşiman qoca", "Gəncə Cavanları", "Müt-şair", "Şallax", "Kav-mahi", "Qoca zığ-zığ", "Papirosçəkən" və s.) çap etdirib.