SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Ədəbiyyat saatı
12.01.2018-ci il tarixində M.Ə.Rəsulzadə adına kitabxana filialda şair Əli Nəzminin - 140 illiyi ilə əlaqədar “Şair və inqilab” adlı ədəbiyyat saatı keçirildi. Tədbirdə 15 saylı tam orta məktəbin şagirdləri iştirak etdilər. Tədbiri kitabxananın böyük kitabxanaçısı Şərəf Əliyeva açıq elan edərək Əli Nəzminin həyat və yaradıcılığından geniş danışaraq bildirdi ki, Əli Nəzminin şeir dili sadə, səlis, üslubu rəvan, ilhamı qüvvətlidir. O, öz şeirlərində həmişə sadəliyi saxlamağa çalışmışdır. Onda kitab dilinin təsirləri azdır. Bu təsir olsa-olsa ciddi, lirik ruhlu şeirlərdədir. Satirasında danışıq dili və canlı ifadə nümunələri daha çoxdur. Əli Nəzminin təsvirləri yığcam və əhatəlidir. O, vəziyyəti, xasiyyət və lövhəni bir və ya bir neçə söz ilə təsvir etməyi bacarır. Əli Nəzmi də Sabir kimi "Molla Nəsrəddin"in vəzifəsini, məqsədini çox gözəl başa düşmüşdü. Bu jurnal həm məqsədi, həm də dili, üslubu ilə xalqa yaxın olan, xalqın ruhunu ifadə edən yazılar tələb edirdi. Əli Nəzmi də belə yazıların müəllifi idi. Tədbirdə şagirdlər Əli Nəzminin şeirlərindən söylədilər. Əsərlərinə münasibət bildirdilər.