SumgaitLibrary

+994 186520087


İnformasiya günü

06.04.2016-cı il tarixdə S.Vurğun adına Mərkəzi Kitabxananın oxu zalında keçirilən “Şəhidlər ölməz, Vətən bölünməz” adlı məlumat günü də hərbi vətənpərvərlik tərbiyəsinə, son günlər ön cəbhədə baş verən hadisələrə həsr olunmuşdu. Tədbirdə ilk öncə torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Metodika-Biblioqrafiya şöbəsinin metodisti Axundzadə Natəvan açaraq son günlərdə cəbhədə baş verən hadisələr haqqında iştirakçıları məlumatlandırdı. Ümumi tanışlıq məqsədilə S. Vurğun adına Mərkəzi Kitabxanaya gələn Sumqayıt şəhət İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov və Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov da tədbirə qatıldı. Teymur Səmədov tədbirdə çıxış edərək ordumuzun bu günkü qələbəsindən danışdı. Bu günlərdə xalqın hər bir övladının öz Prezidentinə dəstək olmasının vacibliyini vurğuladı. Şair Əşrəf Veysəlli, Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Yeganə Əhmədova da öz çıxışlarında vətən məhəbbəti, millətin tamlığının, bütövlüyünün təməli olan vətənpərvərlik haqqında fikir və tövsüyyələrini iştirakçılarla bölüşdülər. Qeyd olundu ki, gənclərimizin maariflənməsi məqsədilə keçirilən belə tədbirlərin çox böyük əhəmiyyəti var. Metodika-biblioqrafiya şöbəsinin baş biblioqrafı Nazxanım Cəfərova “Azərbaycan – Vahid məmləkət” başlıqlı sərgidə nümayiş olunan vətən tarixinə, işğal olunmuş torpaqlarımıza, milli qəhrəmanlarımıza həsr olunmuş ədəbiyyatlarla tədbir iştirakçılarını tanış etdi. 25 saylı məktəbin müəllim və şagird kollektivinin iştirakıyla keçirilən tədbir iştirakçıların birgə ifa etdiyi Azərbaycan Respublikasının Dövlət Himni ilə sona yetdi.