SumgaitLibrary

+994 186520087


Informasiya günü

15.04.2016-cı il tarixdə Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsində bəstəkar Qəmbər Hüseynlinin 100 illiyi ilə əlaqədar keçirdiyi “Nəğmələrdə döyünən ürək” adlı informasiya günü keçirildi. Tədbiri giriş sözü ilə kitabxanaçı L.Muradova açaraq iştirakçıları Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Qəmbər Hüseynlinin milli musiqimizin inkişafındakı böyük rolundan,onu bütün dünyayatanıtdıran, hər bir azərbaycanlının ilk nəğməsi olan “Cücələrim” mahnısından bəhs etdi.Sonra sözü aparıcılara verdi.Bayramova Rəqsanə və Quliyeva Şəbnəm görkəmli bəstəkarın həyat və yaradıcılığı haqqında iştirakçılara geniş məlumat verdilər.Tədbir “Cücələrim” mahnısının Abdullayev Davudun tarda müşayiəti ilə Nəbiyeva Əsmərin,Quliyeva Şəbnəmin,Bayramova Rəqsanənin ifası ilə sona yetdi.