SumgaitLibrary

+994 186520087


Anım günü

16.04.2016-cı il tarixdə Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsində vətənpərvərliyin təbliği ilə əlaqədar keçirdiyi “Altında yatarkən də bizimdir yerin üstü” adlı anım günü keçirildi.Tədbir Dövlət Himninin səsləndirilərək oxucularla birgə ifası ilə başlandı.Əvvəlcə uşaq şöbəsinin müdiri Y.Hüseynova mövzu ilə əlaqədar çıxış edərək Vətən uğrunda canını qurban verən, şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızdan bəhs etdi, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.Sonra söz aparıcılara Ataxanov Rəşad və Ataxanova Zərifəyə verildi.Tədbirdə 3,5,16,21,25saylı məktəblərdən olan oxucularımız Vətənə həsr olunmuş şeirlər söylədilər. Sazda və tarda vətənpərvərlik ruhunda olan musiqilər ifa olundu. Tədbirdə “Vətən deyən oğullar – Vətən oğulları” başlığı altında sərgi nümayiş etdirildi. İştirakçılar B.Vahabzadənin “Şəhidlər”, M.Arazın “Qalx ayağa, Azərbaycan!” şeirlərini kompozisiya şəklində söylədilər. Sonra söz MKS-nin direktoru Yeganə Əhmədovaya və AYB-nin Sumqayıt bölməsinin sədri, şair Sabir Sarvana verildi. Onlar mövzu ilə əlaqədar çıxış edərək həm tədbir iştirakçılarına, həm də kitabxanaçılara öz tövsiyə və təkliflərini bildirdilər.