SumgaitLibrary

+994 186520087


Kitab müzakirəsi

23.04.2016-cı il tarixdə Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt şöbəsinin və S.Vurğun adına Mərkəzi kitabxananın təşkilatçılığı ilə S.Vurğun adına Mərkəzi kitabxanada özbək yazarı və tərcüməçisi Şaxlo Kasimovanın iştirakı olmaqla onun təcüməsi ilə yenidən çapdan çıxan “Душа” almanaxının təqdimatı keçirildi. Təqdimatda AYB üzvləri, gənc yazarlar, kitabxananın oxucuları iştirak edirdilər. Tədbiri giriş sözü ilə Ə.Kərim adına Poeziya klubunun direktoru İbrahim İlyaslı açaraq “Душа” almanaxı haqqında iştirakçıları məlumatlandırdı və qeyd etdi ki, almanaxda Azərbaycan şairlərinin şeirlərindən ibarət tərcümələr toplanmışdır. Daha sonra şəhərimizin ziyalılarından Sabir Sarvan, Rafiq Oday, Süleyman Hüseynov, Qüdrət Muğanlı, Rəhman Orxan, İlqar Türkoğlu, Aftandil Ağbaba, Qənirə Mehdixanlı, Aydın Məlikov və başqaları çıxış edərək almanax haqqında öz fikirlərini söylədilər və eyni zamanda vurğuladılar ki, Azərbaycan-Özbək ədəbi əlaqələrinin inkişaf etdirilməsi daim diqqət mərkəzində olmalıdır. Sonda Sumqayıt şəhər MKS-in direktoru Yeganə Əhmədova çıxış edərək tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi. Qeyd edək ki, tərcümə sənəti iki mədəniyyəti bir-birinə bağlamaqla dünya mədəniyyətinin inkişafına xidmət edir. Tərcümə iki xalqın dilindəki, maddi və mənəvi həyatındakı oxşar, bənzər, müştərək cəhətləri axtarmaq deməkdir.