SumgaitLibrary

+994 186520087


8 Mart

06.0.03.2018-ci il tarixində M.Ə.Rəsulzadə adına kitabxana filialda 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Qadın-həyatın bəzəyi, mənası, əbədi gözəlliyi” adlı tədbir keçirildi. Tədbirdə qonaq qismində şair, "Zərif" qadın ədəbi məclisinin sədri Xatirə Fərəcli, şairələr Məryəm Aslanqızı, Şəhla Vahid Hacıyeva, Qaratel Azəri iştirak etdilər. 1 nömrəli Uşaq və Gənclər İnkişaf Mərkəzi, 25 saylı tam orta məktəb, Təfəkkür liseyinin birgə təşkilatçılığı ilə keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın müdiri Ofelya xanım açıq elan edərək bildirdi ki, ədəbiyyatımızda daim gözəlliyin və zərifliyin mücəssəməsi, sədaqətin və ülviliyin rəmzi kimi vəsf olunan dərin mənəviyyatlı Azərbaycan qadını, həmçinin güclü iradəsi, vətənpərvərliyi və fədakarlığı ilə seçilərək yurdun mübarizə salnaməsində silinməz izlər qoymuşdur. Keçmişimizin mürəkkəb sosial-siyasi dəyişikliklərə məruz qaldığı müəyyən dövrlərdə o, həmişə təmkinlilik nümayiş etdirməklə cəmiyyətin sarsılmaz mənəvi dayağı olduğunu sübuta yetirmişdir. Vurğulandı ki, Ötən müddət ərzində Azərbaycan xanımları maarifpərvər sələflərinin ənənələrini şərəf və ehtiramla davam etdirmiş, müasirləşmə yolunda çoxsaylı müvəffəqiyyətlər qazanmış və müstəqillik naminə ümumxalq hərəkatının ön sıralarında olmuşlar. Bildirilib ki, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırır, onların hərtərəfli fəaliyyətinə geniş meydan verir, qadınların liderlik xüsusiyyətlərinin üzə çıxarılması və onlardan dövlət idarəçiliyində istifadə olunmasına şərait yaradırdı. Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri, nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir.