SumgaitLibrary

+994 186520087


Səhərcik

07.03.2018-ci il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi 43 saylı uşaq bağçasında Beynəlxalq Qadınlar Günü münasibətilə “Mən anamın qızıyam” adlı səhərcik keçirmişdir. Tədbir uşaq bağçasının körpələr və məktəbəqədər qruplarının iştirakı ilə keçirildi.Əvvəlcə uşaq şöbəsinin kitabxanaçısı G.Həsənova iştirakçıları təbrik etdi, onlara xoş arzularını bildirdi. Sonra isə ”Qaranquş” qrupundakı uşaqlar şöbənin hazırladığı ssenari əsasında qadınlara, analara həsr olunmuş şeirlər və mahnılar ifa etdilər. Dünya xaqlarının müxtəlif rəqslərini nümayiş etdirdilər. M.Ə.Sabirin “Hörümçək və İpək qurdu” təmsilini səhnəcik şəklində təqdim etdilər. Uşaqlar “8 Martdır, anacan” və “Azərbaycanım” mahnılarını xorla ifa etdilər. Tədbir uşaqların birlikdə musiqi sədaları altında rəqsi ilə sona yetdi.