SumgaitLibrary

+994 186520087


Ekskursiya

07.03.2018-ci il tarixində 10 mart Milli Teatr Günü münasibəti ilə S.Vurğun adına Mərkəzi kitabxananın İncəsənət şöbəsinin əməkdaşları oxucularını Sumqayıt Dövlət Dram Teatrına ekskursiyaya apardılar.İncəsənət şöbəsinin multimedia mütəxəssisi Məhəmmədova Sevda Milli teatrın yaranma tarixindən söhbət açdıqdan sonra Sumqayıt Dövlət Dram Teatrı haqqında məlumat verdi. Sonda tədbir iştirakçıları konfrans zalı, qrim otağı, geyim otağı, rəssam otağı ilə tanış oldular.