SumgaitLibrary

+994 186520087


Nəcəfqulu İsmayılov - 95

15.03.2018-ci il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın İncəsənət şöbəsində görkəmli rəssam Nəcəfqulu İsmayılovun 95 illik yubileyi ilə əlaqədar “Rəngarəng rəsm dünyası” adlı tədbir keçirildi. Tədbiri İncəsənət şöbəsinin mutimedia mütəxəssisi Əliyeva Cəmilə açaraq rəssamın həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Sonra rəssamın yaradıcılığına həsr olunmuş “Nəcəfqulu” kitabını tədbir iştirakçılarına təqdim edərək, onları rəssamın istər satirik, istərsə də portret janrında çəkdiyi rəsmlərlə tanış etdi.