SumgaitLibrary

+994 186520087


Görüş

13.05.2018-ci il tarixində Nizami Gəncəvi adına kitabxana klubda Veteran klubunun üzvləri ilə gənclərin görüşü keçirilmişdir “Ailə xoşbəxtlik meyarıdır” adlı tədbirdə SDU-nun,BDU –nun və ATU-nun tələbələri iştirak edirdilər. Tədbirdə böyük kitabxanaçı D.Ağakişiyeva çıxış edərək bildirdi ki, 15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər milli mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq demişdir: “Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur”. Görüş zamanı oxucular sözü gedən mövzu ətrafında geniş müzakirələr aparmışlar.